İbrahim Tatlısəs mülkünü kimə buraxacağını açıqlayıb.
Böyük oğlu Ahmet Tatlısəs və keçmiş həyat yoldaşı Adalet Sara ilə problem yaşayan İbrahim Tatlısəs qoşulduğu canlı yayımda bəzi məsələlərə aydınlıq gətirib.
Ustad sənətçi İbrahim Tatlısəs var-dövlətindən danışaraq "Barışsaq, mallarımı Gülçinə ya da Mehmetçik Vəqfinə bağışlayacam”, - deyə bildirib.
Tatlısəs keçmiş həyat yoldaşı və oğlunun Bodrumdakı evinə cadu etdiyini və bu səbəbdən Gülçin Karakaya ilə ayrıldıqlarını söyləyib:
"Bodrumdakı evimə donuz yağı çəkiblər. Yoxsa mən ailəmi qurmuşdum. İndi Gülçindən ayrılmışıq, amma bütün mal-dövlətimi o adama bağışlayacam. Ona ev, maşın aldım. Onun üçün hər şey fəda olsun, hər zaman sol tərəfimdədir. Çünki yanımda heç kim olmayanda o, mənim yanımda idi. Bu şəxs Gülçin Karakayadır”./azxəbər