Xəzər Xəbər

Rus modeldən inanılmaz dələduzluq - Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki...

Şou Biznes | 15:47 • 14 İyun 2022
Rus modeldən inanılmaz dələduzluq - Milyarderin ad gününə qatılmaq üçün elə bir yalan danışıb ki...

Rus model və aktrisa İeva Andrejevaite müzakirə obyektinə çevrilib.

Buna səbəb modelin milyarderin ad gününə getmək üçün özünü ukraynalı qaçqın kimi göstərməsi olub. 

İngiltərənin “Daily Star” qəzetində çıxan xəbərə görə, 34 yaşlı qadın aprelin 28-də Cənubi Afrikanın Keyptaun Beynəlxalq Hava Limanına gələndə vizası olmadığı üçün ölkəyə buraxılmayıb. Andrejevaite daha sonra ölkəyə daxil olmaq üçün ukraynalı sığınacaq axtaran şəxs olduğunu bildirib. Nəticədə o, milyarder Rob Hersovun ölkədə təşkil etdiyi ad günü şənliyinə qatıla bilib. Lakin məclisdə çəkilən fotolar üzə çıxandan sonra dələduzluğunun üstü açılıb.

Eyni xəbərə görə, fotoları ortaya çıxandan sonra rus aktrisa deportasiya edilib. Cənubi Afrika Daxili İşlər Nazirliyinin sözçüsü Siya Qoza mövzu ilə bağlı açıqlamasında, "Müharibədən qaçan ukraynalı olduğunu bəyan etdikdən sonra onun beş gün ərzində sığınacaq istəməsi şərti ilə ölkəyə girişinə icazəsi verilib. 2002-ci il İmmiqrasiya Aktı əsasında lazımi qaydada  sığınacaq vizası alıb. Lakin Andrejevaite ölkəyə daxil olmaq üçün bu yalanı danışdıqdan sonra lazımi müraciəti etməyib”./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar