“Talant Mərkəzi Asiya” yarışmasının iyun ayının 18-də keçiriləcək finalında 10 nəfər yarışacaq.
Səsvermə yolu ilə müəyyən olunacaq qalibə 40 000 manat məbləğində pul mükafatı veriləcək.
Qeyd edək ki, "Talant Mərkəzi Asiya” yarışmasının azərbaycanlı finalçılarından biri Şəbnəm Abdullazadədir. O, digər iştirakçılardan qeyri-adi səsi və virtuoz kamança ifası ilə seçilir. Onun ən yaxın dostu və sirdaşı kamançasıdır. Həyatını musiqiyə həsr edən Şəbnəm Abdullazadə 5 ölkə arasında keçirilən 7-ci yarımfinalın qalibi oldu. Ölkəmizi layiqincə təmsil edən xanım Drezden Simfonik Orkestrinin solisti, həmçinin bir çox beynəlxalq layihələrin iştirakçısıdır. O, mükəmməl səsi, bənzərsiz ifası, gözəl rəqsi ilə münsifləri heyran etməklə, tamaşaçıların sevgisini qazanıb və ən çox səs toplayıb.
Finalın digər Azərbaycan təmsilçisi isə kubik- rubiklə möcüzələr yaradan gənc fitri istedad Həzrət Məmmədrzayevdir. Həyatın sınaqlarından məntiqi ilə alnıaçıq çıxan iştirakçımıza budəfəki çətinliyi aşmaqda dəstək olaq, onu qalib edək!
Hər iki həmyerlimizə dəstək vermək üçün Android və ya iOs-a uyğun olan "Aitu" tətbiqini yükləyin. Sadəcə qeydiyyatdan keçib, “Talant Mərkəzi Asiya” mini–tətbiqini seçin. Uyğun dili qeyd edib, “Qeydiyyatdan keç” düyməsini sıxın. Bundan sonra səs vermək mümkünüdr. Səsvermə bazar ertəsi saat 22:00-dək davam edəcək. Bir olaq, səsimiz eşidilsin! Qoy Azərbaycanın sədası Asiya qitəsinə yayılsın! Şəbnəm Abdullazadə və Həzrət Məmmədrzayevə səs verək!