Qardaşı Kamran Kərimbəyova donor olduqdan sonra bir müddət reanimasiyada qalan müğənni Nərmin Kərimbəyova son vəziyyətini açıqlayıb.
XəzərXəbər xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.
Kərimbəyova ona görə narahat olanlara təşəkkürünü bildirib: “Mənə görə narahat olanlar, yazanlar , zəng edənlər, dua edənlər...Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam”.
O, hazırkı vəziyyəti barədə bunları qeyd edib: “Hələ ki, qan azlığı və ağrılarla mübarizə aparıram. Allah kərimdir. Görüşmək ümüdi ilə”.
Qeyd edək ki, Nərmin bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir.