Ötən ilin iyulunda ailə quran Zeynep Bastık və meneceri Tolqa Akış boşanmaq qərarına gəlib.
Cütlüyə yaxın mənbə Bastıkın evdən getdiyi bildirilib.
“Biz evlilik işini yerinə yetirə bilmədik. Bəli, iddia doğrudur. Bir müddət əvvəl boşanmaq qərarına gəldik, Bastık evdən yenicə köçüb. Aramızda heç bir inciklik yoxdur. Heç vaxt düşmənçilik olmayıb. Evlilik hər kəsin öhdəsindən gələ biləcəyi bir şey olmaya bilər. Zeynəb mənim həyatda ən yaxşı dostumdur. Mən də onun ən yaxşı dostuyam. Birgə işimizi davam etdiririk, iki gündən bir görüşürük. Bizim də gələcək üçün planlarımız var. Fərqli bir bağlar qururuq. Bizim sadəcə cütlük olmaqdan başqa bir münasibətimiz var. Dedik ki, heç vaxt ayrılmayaq, mübahisə etməyək. Xəyanət üzündən bitdi deyənlər mütləq olacaq. Amma məndən də, Zeynepdən də belə bir iş çıxmaz”, - Akış yaxınlarına etiraf edib.
Cütlük evliliklərinin 1 ilini tamamlaya bilmədiyi üçün qanuni olaraq razılaşdırılmış boşanma iddiası qaldıra bilmir. Odur ki, məhkəməyə müraciət etmək üçün iyul ayında nikahlarının 1 ilinin tamam olmasını gözləyirlər.
Qeyd edək ki, cütlük 3 il sevgili olduqdan sonra keçən ilin iyulunda Çeşmədə evlənmiş, özlərinə təmtəraqlı toy etmişdilər. /publika.az