Müğənni və aktrisa Defne Samyeli səhnədə əsl şou göstərib.
Ulduz sənətkar dünən restoranların birində görüntülənib. Səhnəyə kip kostyumda çıxan sənətçi daha sonra üzərindəki qat-qat ətəkləri soyunmağa başlayıb və ən sonda bodidə qalıb. İllərdir daim idmanla məşğul olan Defne heyranlarına ideal bədən quruluşunu nümayiş etdirib.
50 yaşlı ulduz gözəlliyi ilə hətta gənc qızları kölgədə qoymağı bacarır. Müğənni və aktrisaya tez-tez cavan qalmasının sirri barədə suallar verilir. Cavabında Defne bildirib ki, formada qalmaqdan ötrü həftənin 5 günü taekvando və Muay Thai ilə məşğul olur. Bir sözlə, döyüşür... Qidalanma rejiminə ciddi riayət edən məşhur həftənin bir günü qarabaşaq detoksu həyata keçirir, göyərtilərdən cəfəri və şüyüdü süfrəsindən əskik etmir. Üzü üçün avakado, türk qəhvəsi və bal qarışığından maska hazırlayır. Zeytun yağı ilə şəkər tozunun qatışığı ilə əllərinə, dirsəklərinə pilinq edir.
Saçlarına isə küncüt yağı ilə qulluq göstərir. Bədəninə sevgi və hörmətlə yanaşdığını deyən aktrisa hazırda ruhunun ən xoşbəxt olduğu dövrü yaşadığını, yaşından isə utanmadığını etiraf edib.
Qeyd edək ki, D.Samyeli 1991-ci ildə keçirilən "Türkiyə Gözəli" müsabiqəsində 3-cü olub. /publika.az