"Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rusiyalı milyarder Roman Abramoviç səviyyəsində olan bir şəxsdir".
XəzərXəbər xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanı 2020-ci, 2021-ci illərdə "Avroviziya” beynəlxalq mahnı yarışmasında "Kleopatra” və "Matahari” nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.
Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib.
"Özəl təyyarə gəldi, məni Milanın "Malpenza” hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür, mən şəxsi həyatım barədə sevmirəm danışmağı. Çünki gözə gəlirəm”.
Müğənni "oliqarx” kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, onunla ailə qurmaq kimi bir istəyinin olmadığını söyləyib:
"Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır”.