Türkiyəli müğənni Ebru Gündeş yeni eşq yaşayır.
İfaçının Şimali İraqdan olan gənc iş adamı Rassan Xoşnav ilə münasibətə başladığı iddia edilib. Uzun müddətdir heç kimi həyatına almayan Gündeşin yeni sevgilisi ilə olan fotosu isə “Badess News” adlı "Instagram" hesabında yayımlanıb.
Qeyd olunub ki, Şimali iraqlı iş adamı müğənninin heç bir konsertindən geri qalmır və həmişə ön sırada onu izləyir. Digər tərəfdən, iş adamı ötən həftələrdə sənətçini qabaq cərgədən seyr edərkən kameralara tuş gəlib. Bu isə səsləndirilən fikirləri gücləndirib.
Xatırladaq ki, Ebru Gündeş ötən il 11 illik həyat yoldaşı Rza Zərrabla xəyanət səbəbindən boşanıb./sfera.az