Xəzər Xəbər

Conni Depp və Amber Hördün məhkəməsində yekun qərar açıqlandı

Şou Biznes | 10:28 • 2 İyun 2022
Conni Depp və Amber Hördün məhkəməsində yekun qərar açıqlandı

Hollivud ulduzları Conni Deplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı məhkəmə çəkişməsində yekun qərar məlum olub.

Andçılar heyəti Depə böhtan atdığına görə Hördün təzminat ödəməsinə dair qərar qəbul edib.

Qərara əsasən, keçmiş həyat yoldaşı aktyora böhtan atdığına görə 15 milyon dollar ödəməlidir.

Bununla yanaşı, andçılar Deppin Hörd haqqında verdiyi ifadələrdən birini də böhtan kimi qiymətləndirib və aktyorun keçmiş xanımına iki milyon dollar məbləğində təzminat ödəməsinə hökm veriblər.

Xəbər lenti