Türkiyəli aktyor Burak Özçivit keçən il 2 milyon lirəyə aldığı göy “Ferrari”sini sataraq üstünə 3 milyon qoyub və qırmızı rəngini alıb.
“Hurriyet” xəbər verir ki, aktyorun “Ferrari” avtomobillərinə böyük sevgisi olduğu üzə çıxıb. Belə ki, o, bir neçə il əvvəl 2000-ci il model Modena avtomobilini 2008-ci il model 599 GTB F1 ilə əvəzləmişdi. O, bunun üçün 2 milyon lirəni qurban vermişdi. Məlum olub ki, məşhur aktyor avtomobilini bir daha təzələyib. Özçivit bu dəfə yeni “Ferrari” üçün 5 milyon lirə ödəyib.
Əsl Ferrari həvəskarı olan aktyor ehtirasını həyat yoldaşı Fahriye Evcen və oğlu Karana da aşılayıb. Cütlük bu yaxınlarda brendin könüllü səfiri olmuş, oğulları Karanın ad günü münasibətiylə “Ferrari” konseptual şənliyi hazırlamışdı. /publika.az