Tanınmış türk aktyor Kerem Bürsin maraqlı açıqlama ilə gündəmə gəlib.
Məşhur aktyor Kerem Bürsin qatıldığı bir tədbirdə cəmi 3 şalvarının olduğunu bildirib.
Kerem Bürsin qatıldığı tədbirdə iqlim böhranına diqqət çəkib və influencerləri məsuliyyətsizliyə görə tənqid edib. İnfluencerlərin bu mövzularda həssas olmadığını ifadə edən Bürsin bunları söyləyib:
"Bu influencer termini son 5 ildə həyatımıza daxil olub. Şəxsən mən bunu çox mənfi görürəm. Yəni, onlar bu cür problemləri dəstəkləmirlər və böhranı qızışdırmağa davam edirlər. Bir az pozitiv olmaq lazımdır. Toplamda 3 şalvarım var. Kostyumları saysaq, 6-ya bərabərdir. Ən köhnə köynəyimin 18 yaşı var. Anam nifrət etsə də, hələ də geyinirəm. İstifadə etmədiyim paltarları hədiyyə edirəm”,- deyə o bildirib.