Voloçkovanın sevgilisi azərbaycanlı olsa da, deyildiyi kimi adi taksi sürücüsü deyil. Deyilənlərin əksi olaraq dünyaca məşhur rus qadınla eşq yaşayan bu həmyerlimiz olduqca zəngin iş adamıdır. Belə ki, onun mülkləri sırasına şəxsi təyyarə, yaxta və eyni zamanda futbol klubu da daxildir.
Araşdırmamız zamanı o da məlum olub ki, onları bir-biri ilə balerinanın rəfiqəsi Nataşa tanış edib.
Sankt-Peterburq doğumlu olan 46 yaşlı Anastasiya Voloçkova bu eşq münasibətindən olduqca xoşbəxt görünür: Önəmli olan nə və harada deyil, kiminlə və necə olduğundur. Bilirəm ki, indi hamınızı iki gün əvvəl tamaşada necə rəqs etdiyim və səhnədə neçə dəfə yıxılıb, özümü parçaladığım deyil, bu şəxsin kim olduğu daha çox maraqlandırır. Gizlədəcək heç nəyim yoxdur. Mənim üçün əsas olan duyğularım, sevgim və sevincimdir!