Türkiyəli aparıcı Ece Erkən sosial şəbəkə paylaşımıyla gündəmə gəlib.
XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı öldürülən həyat yoldaşı Şafak Mehmetyazıcıoğlunun mirasını rədd etdiyini açıqlayıb:
"Ərimi çox sevdim. Rəhmətlik həyat yoldaşımı illərdir gəlir qapısı olaraq görən və hələ də elə görməyə davam edən pis insanlarla adımın yan-yana gəlməsini istəmirəm. Biz könüldən bağlıydıq, elə də qalacağıq. Mirası rədd edirəm".
Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi./axsam.az