İndi deyirlər ki, bütün gününü "TikTok"da keçirirsən. "TikTok" ilk gəldiyim ay 35-36 min dollar qazanmışam. O pulu çıxartdım da, xərclədim, də dağıtdım da. Əslində özümə xərcləmədim. Qazanmağı sevən adamam. Əvvəl "TikTok" qazanmaq olmurdu və ona görə də istifadə etmirdim. İndi isə oyunlara görə girirəm.
XəzərXəbər xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin bir gün" verilişində deyib. Qazanmağı sevdiyini deyən ulduz özünü kişi kimi qadın adlandırıb:
"Çünki nə yolla olursa-olsun pul qazanmağı sevən insanam. Kişi kimi bir qadınam, daşdan pul çıxarmağı bacarıram. Harada pul görürəmsə, ora qaçıram. Pulu yox, qazanmağı sevdiyimə görədir".