Məşhur müğənni Əmrah haqqında maraqlı iddia ortaya atılıb.
"Söylemezsem Olmaz” verilişində aparıcı Seren Serengil ifaçının illər əvvəl kinolarda rol alarkən ögey qardaşı tərəfindən zorakılığa məruz qaldığını, pulunun ondan alındığını irəli sürüb. O, Əmrahın uşaq aktyor kimi populyarlaşdığı illərdə anası ilə görüşməsinə icazə verilmədiyini deyib:
"Böyüyənə qədər anasından ayrı qaldı. O zamanlar çox pul qazanırdı, amma Əmraha verilmədi. O vaxt ögey qardaşı Əmrahı işlədirdi, anasını da uzaqlaşdırmışdı. Sırf pul ona qalsın deyə”.
Müğənninin anası isə canlı yayım zamanı "Mən Əmrahı heç zaman tərk etmədim”, - deyə mesaj göndərib.
S.Serengil, həmçinin Əmrah ilə sevgi iddialarına da cavab verib və belə bir şeyin olmadığını deyib: "Məndən küsüb, haqlıdır. Amma onlar üçün darıxmışam. Əmrahı çox sevirəm”./Sfera.az