Türkiyənin meqastarı Tarkanın tətil fotolarına yazdığı qeyd izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.
Onun həyat yoldaşı, qızı və özünün adlarının baş hərflərini yazdığı qeydi izləyicilərinin çoxu “Polat” kimi oxuyub. Müzakirələrə yol açan məsələlərdən biri də Pınar Tevetoğlunun hamilə ola bilməsi olub. O, fotolarda qolu ilə qarnını örtüb.
İzləyicilər cütlüyün ikinci övladlarının olacağını və ona Polat adının veriləcəyini düşünüblər.