Bir müddət bundan qabaq yollarını ayıran Kerem Bürsin və Hande Erçel cütlüyü gündəm olub.
Bu dəfə Bürsinin addımı eşidənləri təəccübləndirib. Belə ki, aktyorun ayrılıqdan sonra keçmiş sevgilisi , aktrisa Yağmur Tanrısevsin ilə yaxınlaşdığı iddia edilib. 2013-2014-cü illərdə "Kanal D”də yayımlanan "Güneşi Beklerken" serialında dostluqları sevgiyə çevrilən ikili yenidən "Twitter”də bir-birilərini izləməyə başlayıblar. Bu isə, izləyicilərini sevindirib və Keremin keçmiş sevgilisinə döndüyü ilə bağlı fikirləri gücləndirib.
Mətbuatda yayımlanan xəbərdən sonra aktyorun agentliyi açıqlama yayıb:
"Kerem Bürsinin adının hallandığı xəbər həqiqətə uyğun deyil. Bürsinin həyatında heç kim olmasa da, işimizi gərgin templə davam etdiririk. Belə həssas bir zamanda hörmətli mətbuat mənsublarından hörmət gözləyirik”.
Qeyd edək ki, bir il birlikdə olan Kerem Bürsin və Yağmur Tanrısevsin 2014-cü ildə münasibətlərinə son qoymuşdu. Həmin vaxt evlənmək barədə danışan cütlüyün başqa layihələrə çəkildiyi üçün bir-birlərinə vaxt ayıra bilmədikləri deyilmişdi./Sfera.az