Xəzər Xəbər

“Baxdım ki, başımdan nəsə axır” - İbrahim Tatlıses vurulma anından danışdı

Şou Biznes | 18:18 • 14 Mart 2022
“Baxdım ki, başımdan nəsə axır” - İbrahim Tatlıses vurulma anından danışdı
2011-ci ildə başından güllələnən Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses vurulma anından danışıb.
 
O, aparıcısı olduğu "İbo Show”da bunları deyib: "Mən hiss etdim. Baxdım ki, başımdan nəsə axır. Həkimə "bu nədir?” dedim. "Oradan daman qandır” dedi. Başımı yan çevirməsəydim, ortasına girəcəkmiş”.
 
Əməliyyatdan sonrakı müddətdə ümidini heç itirmədiyini deyən Tatlıses bunu əlavə edib: "Tualetə gedə bilmirdim, ağzımdan su axırdı. O haldan bu hala gəldim. Allahıma şükürlər olsun. Sağalma prosesində ümidimi heç itirmədim”./qafqazinfo

Xəbər lenti

Çox oxunanlar