Məşhur aktrisa Ancelina Coli Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım edib.
Aktrisa “Instagram” hesabında Ukrayna xalqına dəstəyini ifadə edib.
“Bir çoxlarımız kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı həmkarlarım və mən bütün diqqətimizi regionda məcburi köçkünlərin və qaçqınların müdafiəsi və əsas insan hüquqlarının təmin edilməsi üçün əlimizdən gələni etməyə cəmləşdirmişik”, - deyə o bildirib.
Mənbə: Segodnya.ua