Xəzər Xəbər

Yaraşıqlı aktyordan keçmiş sevgilisi barədə ETİRAF

Şou Biznes | 16:42 • 23 Fevral 2022
Yaraşıqlı aktyordan keçmiş sevgilisi barədə ETİRAF
Son günlər yeni görüntüsü ilə gündəmə gələn türkiyəli aktyor Arda Kural eşq həyatı ilə bağlı etiraf edib.
 
Aktyor "2. Sayfa” adlı şou verilişində "Eyvah Kızım Büyüdü” serialındakı rol yoldaşı Yıldız Asyalı haqqında danışıb. O, Asyalının ilk sevgisi olduğunu deyib:
 
"Ona çox bağlanmışdım, ağlıma ondan başqası gəlmirdi. Həyatım Yıldız olmuşdu, daima onu düşünürdüm. Çəkiliş məkanında, evdə Yıldız... Bilərək etməsələr də, bizi ayırdılar. "Qarşınızda parlaq gələcək var, bir-birinizə mane olmayın” deyib ayırdılar”.
 
A.Kural həmin vaxt kədərli günlər keçirdiyini əlavə edib: "O qədər pis olmuşdum ki, mövzusu açılan kimi bağlamağa çalışırdım. Ayrılma anımızı belə dəqiq xatırlayıram. Yıldız mənə çox zəng etdi, amma açmadım. İndi də onunla üz-üzə gəlməkdən qorxuram”./Sfera.az

Xəbər lenti

Çox oxunanlar