Türkiyəli məşhur aktrisa Gökçe Bahadırın nikah tarixi bəlli olub.
Aktrisa musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına bu ay oturacaq.
Gözəllik salonundan çıxanda jurnalistlərlə qarşılaşan aktrisa onların suallarını cavablandırıb:
“Fevralın 25-də toyumuzdu. Hazırlıq görürük, çox həyəcanlıyıq. Bir yandan da iş var, təbii ki. Qaçaqaçdayam”.
Aktrisa xüsusi evlilik təklifi aldığını da təsdiqləyib:
“Bəli, hər şey ürəyimcə oldu. 14 fevralda çəkilişdə olanda bu, mənim üçün sürpriz oldu”.