Türkiyəli müğənni Gülbən Ərgən haqqında eşq iddiaları yayılıb.
2020-ci ildə Əmrə İrmakdan ayrılan sənətçinin yeni münasibətə başladığı qeyd olunub. Bu barədə TV8 kanalında yayımlanan "2. Sayfa” verilişində məlumat verilib. Belə ki, müğənninin bir vəkillə sevgili olduğu deyilib. Məlumata əsasən, Ərgənlə sevgi yaşayan bu şəxs onun hər konsertinə gedərək ifaçıya dəstək olur. Sevgilisini tək qoymayan vəkil hələlik adını mətbuatdan gizli saxlayır. Səbəb kimi isə onun öhdəsinə götürdüyü böyük davalara görə gündəmə gəlmək istəməməsi irəli sürülüb.
Xatırladaq ki, Gülbən Ərgən 2016-cı ildə Erhan Çelikdən boşanıb. O, bir müddət musiqiçi Əmrə İrmakla eşq yaşayıb./Sfera.az