"Yargı" serialında polis Eren obrazını canlandıran Uğur Arslanın keçirdiyi 50 nəfərlik ad günü məclisindən sonra aktrisa Bergüzar Korelin halı pisləşib.
"Haber Global" xəbər verir ki, üç uşaq anası olan aktrisa Bergüzar Korelin koronavirusa yoluxduğu məlum olub. Belə ki, aktrisanın testi müsbət çıxıb. Məlumata görə, Korel xəstəliyi yüngül keçirir.
Korellə birgə ad günündə iştirak edən digər məşhurlar bu xəbərdən sonra təşvişə düşüb, koronavirus testi üçün xəstəxanaya yollanıblar.
Qeyd edək ki, Uğur Arslanın ad günündə Ebru Şahin, Onur Büyüktopçu, Demet Akbağ, Barış Falay və Esra Erol kimi məşhurlar iştirak edib.