Bir zamanlar Türkiyənin reytinqli layihələrindən olan "Cennet mahallesi" serialının çəkildiyi ev satılıb.
Ekran işində Fərhad (müğənni Alişan) obrazını canlandıran musiqiçinin evi 2 milyon 800 min lirəyə (təxminən 350 min 280 AZN) satılıb.
Tarixi ev 4 mərtəbədən ibarətdir. 1900-cü illərdə inşa edilən taxta mənzili tanınmış şəxslərdən biri alıb.
Xatırladaq ki, ekran işində bir-birini sevən Fərhadla Sultanın eşq hekayəsindən bəhs edilir. Sultanın anası Fərhad kasıb olduğundan qızını ona ərə vermək istəmir.