Türkiyədə bir araşdırma şirkəti bu ölkədə ən sevilən sevgi mahnıları ilə bağlı rəy sorğusu keçirib.
Türkiyə mətbuatı xəbər verir ki, 1100 respondentin iştirak etdiyi soğusu nəticəsində Türkiyənin ən məşhur sevgi mahnısı mərhum müğənnin Kayahanın “Bizimkisi Bir Aşk Hikâyesi” seçilib.
“Areda Survey” tərəfindən aparılan araşdırmada ikinci yerdə Zeki Mürenin “Gitme Sana Needym”, üçüncü yerdə isə Berkantın “Samanyolu” (“Bir şarkısın sen”) mahnnıları yer alıb.
Növbəti yerlərdə isə Fikrət Kızılok “Bu kalp seni unuturmu”, Tarkan “Beni çok sev”, Səma “Fikrimin ince gülü”, Nilüfər “Ta Uzak Yollardan”, Sezen Aksu “Haydi Gel Benimle Ol”, Neşe Karaböcek “Damarımda Kanımsın” və İrem Derici “Kalbimin Tek Sahibine” mahnıları qərarlaşıb./Ölkə.Az