Xəzər Xəbər

Əmrah boşandı: Tələb edilən 30 min alimenti vermək istəmir

Şou Biznes | 17:47 • 10 Fevral 2022
Əmrah boşandı: Tələb edilən 30 min alimenti vermək istəmir
Daha bir türkiyəli məşhur boşananlar sırasına qoşulub.
 
Uzun müddətdir evliliyini sonlandırmağa çalışan müğənni Əmrah gözlənilən addımı atıb. O, həyat yoldaşı Sibel Ərdoğanla yollarını ayırıb. 
 
Sibel Ərdoğanın nə qədər aliment alacağının bəlli olmadığı bildirilir. İddialara görə, Sibel özü və 2 övladı üçün yüksək miqdarda aliment tələb edir, lakin Əmrah bunu qəbul etmir.
 
Digər tərəfdən, "Al Sana Haber” verilişində Seyhan Soylu alimentin məbləğindən söz açıb: 
 
"Sibel xanım aylıq 30 min lirəlik aliment istəyir. Əmrah bəyin aylıq qazancının 400 min lirə olduğunu söyləyərək ona qarşı dava açmağa hazırlaşır”.
 
Qeyd edək ki, Əmrahla Sibelin iki övladı var.

Xəbər lenti