Xəzər Xəbər

Alişan boşanmasından danışdı

Şou Biznes | 14:56 • 9 Fevral 2022
Alişan boşanmasından danışdı

Müğənni Alişan həyat yoldaşı Buse Varoldan boşanması haqqında yayılan xəbərlərə münasibət bildirib. 

Türkiyə mətbuatı xəbər verir ki, Alişan boşanmaq üçün məhkəməyə müraciət etdikləri barədə yayılan məlumatların əsassız olduğunu deyib. 

O, bu barədə sosial şəbəkədə açıqlama yayıb: 

“Ərizələr verilib... Qardaş itkisinin acısından sonra yeni-yeni özümüzüə gəldiyimiz bir vaxtda hər gün gözyaşı tökən anamı, həyat yoldaşımı, qardaşım uşaqlarını, övladlarımı rahat buraxın... Hər ailədə yaşana biləcək hadisələrdir... Biz qərar versək, açıq şəkildə deyərik... Nə olar, artıq ssenarilər yazmayın. Bizi bizə buraxın. Qərarı biz verək”.

Qeyd edək ki, cütlük qızlarının bir yaşını ayrı-ayrı qeyd etmişdi, Buse Varol isə qayınanasının onu qızı üçün keçirdiyi sadə doğum günü məclisinə dəvət etmədiyini demişdi. /publika.az

Xəbər lenti