Türkiyənin məşhur pop ulduzu Hadisənin ailə qurmağa hazırlaşdığı sevgilisi Mehmet Dinçerlerlə ayrılması xəbəri gündəmə gəlib.
Müğənni “Instagram” hesabında sevgilisini izləmədən çıxarıb.
Bu hərəkətdən sonra Mehmet Dinçerlər də sosial media hesabını dondurub.
Cütlüyün bu hərəkəti onların ayrılması iddialarının yayılmasına səbəb olub.
Xatırladaq ki, Dinçerlerin Hadisəyə 3 milyon lirəyə aldığı iddia edilən üzüyün dəyərinin 40 min dollar olduğu da üzə çıxmışdı.
Mənbə: Snob Magazin