Bir neçə gün əvvəl doğum gününü qeyd edən türkiyəli aktyor Oktay Kaynarca restoranın çıxışında müxbirlərin suallarını cavablandırıb.
57 yaşı tamam olan aktyor yeni işi barədə danışıb:
"Bu il məni prodüser kimi də görəcəksiniz, çox böyük iş edəcəyik. Eyni zamanda aktyor kimi də efirdə olacağam. Bu işimiz də "Atv"kanalında yayımlanacaq. İyunda çəkilişlər başlayacaq, sentyabrda yayıma çıxacaq. Həqiqətən çox yorucudur, çəkilişlərdə bu qədər yorulmurdum. Hər kəslə tək-tək maraqlanıram. İki qat daha çox işləyirəm"./Sfera.az