Britaniyalı müğənni Ed Şiran mobil telefondan imtina edib.
Xarici mətbuat yazır ki, müğənni depressiyaya düşdüyü üçün smartfondan imtina etdiyini bildirib.
Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhvali-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib.
Sənətçi insanlarla əlaqəni kəsmədiyini, ancaq onlarla münasibəti məhdudlaşdırdığını söyləyib.
O, hazırda ünsiyyət üçün elektron poçtdan istifadə edir.