"Qadın məcburiyyətdən güclü olur. Yoxsa, hansı qadın istəyər ki, güclü olsun".
XəzərXəbər axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni izləyicilərinin ona ünvanlandığı sualları cavablandırıb.
Məmmədova "Güclü olmağı necə bacarırsınız" sualına heç bir qadının bunu arzulamadığı cavabını verib.
İfaçı "Qızınızla stiliniz çox fərqlidir" mesajına isə "Bilirəm. Ancaq heç nə edə bilmirəm, bu, onun seçimidir. Hörmətlə yanaşmalıyıq. Zamanla hər şey öz axarına düşəcək" reaksiyasını verib.
Son günlər xeyli çəki atan Lalə bunu pəhriz və üzgüçülük sayəsində etdiyini vurğulayıb.