Xəzər Xəbər

Çəkiliş meydançasında tanış olan məşhur cütlük evlənir

Şou Biznes | 15:38 • 17 Yanvar 2022
Çəkiliş meydançasında tanış olan məşhur cütlük evlənir
Məşhur türkiyəli cütlük nikah masasına oturmağa hazırlaşır.
 
6 ildir münasibətdə olan aktyor Serkan Çayoğlu ilə həmkarı Özge Gurel evlilik qərarı alıblar. İyun ayında ailə həyatı qurmağı düşünən ikili toy məclisi üçün yer axtarışındadır.
 
Məlumata görə, cütlük yeni evləri üçün kisənin ağzını açıb. Belə ki, onlar Zekeriyaköydə təxminən 6 milyon lirəyə ev alaraq onun təmirinə başlayıblar. 2 mərtəbəli lüks villanın dekorasiyasını Özge Gürelin zövqünə görə dizayn etdirən Çayoğlu  bunun üçün 350 min lirə xərcləyib.
 
Xatırladaq ki, Serkan Çayoğlu və Özge Gurel "Kiraz mevsimi” adlı serialda tanış olmuşdular./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar