"Ebru Gündeşi Hadisədən üstün tutmadım. Birincisi, Hadisə "O Səs Rap"da var, gözdən qaçırıb mövzunu başqa yerə daşımaq istəyən gözlər ola bilər".
Bunu "40" verilişinin qonağı məşhur aparıcı, "TV8" kanalının rəhbəri Acun Ilıcalı , "Ebru Gündeşi Hadisədən üstün tutdunuz?" sualına cavab verərkən deyib.
"O Ses Rap" layihəmiz var, Hadisə orada olacaq. Həm "O ses Türkiye"də, həm də "O Ses Rap"də eyni addan istifadə edə bilmərik. Diqqət etdinizsə, biz "O Ses Rap"a keçən il başlamışdıq, keçən il isə münsiflər heyətimiz Hadisə idi. Hadisə reper olmasa da "O Ses Rap" proqramına münsif kimi qoyduq, bu Hadisəyə olan etibarımızı və aramızda olan münasibətin nə qədər güclü olduğunu göstərir. Digər tərəfdən "O Ses Türkiye"də münsiflər heyətini dəyişmək lazımdır, hər il münsiflər heyətini dəyişirdik, deyə bilərəm ki, münsiflərin dəyişdirilmədiyi bir ilimiz olmayıb. 2 il nadir hallarda eyni münsiflər heyəti ilə davam edirik, Hadisəni bura qoyduq, bu il Ebru ilə birlikdə olmaq istədik, təklif etdik, o da qəbul etdi", - Acun bildirib.
Xatırladaq ki, Ebru Gündeşin keçmiş həyat yoldaşı, biznesmen Rza Zərrabın Hadisə ilə ona xəyanət etdiyi iddia olunurdu./Sfera.az