Mustafa Sandalın sevgilisi Melis Sütşurupun paylaşımı sosial mediada gündəm olub.
Melis 52 yaşı olan ifaçı ilə fotolarından video hazırlayaraq onun doğum gününü təbrik edib. O, paylaşımında bu ifadələrə yer verib:
"Bəlkə məndən qabaq birilərinin maşını var idi, bəlkə qızlar cehiz yığıb səni gözləyirdi, bəlkə də günah səndə idi. Amma hamısı bizi bu günlərə hazırladı. Mən həmişə yanındayam, üzün gülsün deyə, hüzurlu ol deyə. Yaxşı ki doğuldun, gələcəkdəki SOYADIM”.
Sütşurupun bu mesajı qısa müddət ərzində diqqət çəkib. Bəzi sosial media istifadəçiləri mesajın şişirdilmiş olduğunu deyib, bəziləri isə ona dəstək olub.
Mustafa Sandal isə sevgilisinin romantik paylaşımını cavabsız qoymayıb. Müğənni "Canım sevgilim, ən yaxın dostum, mənə hər an qatdığın dinclik və xoşbəxtliyin izahı yoxdur. O, sevgi dolu gözlərindəki baxışlarında gizlidir. Mən sənə təşəkkür edirəm, o gözlərdəki əksimə şans verdiyin üçün”.
Xatırladaq ki, bu yay evlənəcəkləri iddia olunan cütlük jurnalistlərin bununla bağlı sualını cavablandırarkən "Hələ ki tarix müəyyənləşdirməmişik, amma hazırlıqlara başlamışıq”, demişdi./Sfera.az