Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneger 10 il davam edən məhkəmə prosesindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb.
Cütlük 2011-ci ildə mətbuatda xadimənin Şvartsenegerdən oğlunun olması xəbərdən sonra ayrıldıqlarını açıqlamışdılar.
Xəbəri verən mənbə məhkəmənin belə uzun sürməsini tərəflərin “motivasiyasının olmaması” və əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə izah edib.
Qeyd olunur ki, məhkəmə çəkişməsi təxminən 400 milyon dolları vəsaiti əhatə edib, tərəflər əmlakı bərabər bölüb.
Mənbə: TMZ