Türkiyəli müğənni və aktyor Özcan Deniz yeni sevgilisi ilə müzakirə obyektinə çevrilib.
İfaçı özündən 23 yaş kiçik, iranlı sevgilisi Samar Dadgarla görüntülənib. Cütlük Arnavutköydə meşə içində yerləşən otel restoranına gedərkən jurnalistlərin kamerasına tuş gəlib. Özcan Deniz tanınmamaq üçün əlindən gələni etsə də, bunu bacarmayıb. İddialara görə, müğənninin mühafizəçiləri sənətçinin fotoları çəkilməsin deyə restoranı qoruma altına alıblar.
Xatırladaq ki, ifaçı Samar Dadgarla ötən yaydan bəri eşq yaşamağa başlayıb və ikilinin münasibətlərinin ciddi olduğu irəli sürülüb./Sfera.az