Türkiyəli müğənni Mustafa Sandal evlilik qərarı alıb.
İfaçı üç ildir münasibətdə olduğu Melis Sütşurupla yay aylarında nikah masasına oturacaq. Cütlüyün artıq hazırlıqlara başladığı qeyd olunub. Belə ki, 32 yaşlı Melisin evlənəndən sonra yaşayacaqları evin dekorasiyası üçün işlər gördüyü bəlli olub. Memar Gizem Abacı ilə çalışan gənc qadının ötən gün Mustafa Sandalla birlikdə divan rənglərinə qərar verdiyi deyilib.
Qeyd edək ki, 2008-ci ildə ifaçı Emina Yahoviç evlənən Sandal 2018-ci ildə onunla yollarını ayırıb. Boşanma protokoluna görə, müğənni həyat yoldaşına ayda 15 min, övladlarına isə 10 min türk lirəsi məbləğində aliment ödəməyi qəbul edib. İgid adlı oğlu olan Melis Sütşurup isə ötən yay Sandalın övladları ilə də tanışıb./Sfera.az