Türkiyəli müğənni Sərdar Ortaç keçmiş həyat yoldaşı Kloe Luqnandan şikayətlənib.
Ötən axşam konsertindən öncə jurnalistlərə açıqlama verən ifaçı "aliment”ə görə məhkəməlik olduğu keçmiş həyat yoldaşının, evini girova qoydurduğunu və bu vəziyyətdən narazılığını ifadə edib. "”Sərdar Ortaçın borcları silinib” deyirlər. Bu zamanda kim kimin borcunu silər? Adamlar 45 milyonluq evi girova qoyublar. Borcum azalıb, amma eşşək kimi işləyirəm”, - deyə müğənni bildirib.
Bütün qazancının borclara getdiyini, özünə ancaq dolanacaq qədər pulun qaldığını deyən Ortaç, 2021-ci ilin onun üçün bərbad keçdiyini də etiraf edib:
"Sadəcə pandemiya dövründə insanlardan anlayış gözlədim. Heç kimin pulu məndə qalmaz. Borclu olaraq yuxuya getməkdən bezmişəm. Mənə iki tikə çörəyin pulunu versinlər, bəsdir. Hamınızın ömründə görə bilmədiyi pulu bir gündə qazandım, amma indi doymuşam. Bir qəpik də istəmirəm”.
Qeyd edək ki, 2014-cu ildə ailə həyatı quran Sərdar Ortaç və Kloe Luqnan cütlüyü 2019-cu ildə boşanmışdı./Sfera.az