Ötən gün mətbuatda müğənni Sevda Yahyayevanın toyunda borclu qalması ilə bağlı xəbərlər yayılıb.
XəzərXəbər-in məlumatına görə, yerli mediada çıxan xəbərlərə əsasən Yahyayeva "Fəlidən doğru xəbər" proqramında toyundan borcu qaldığını bildirib.
Sənətçi bununla bağlı sosial şəbəkə hesabında həmin verilişdən video paylaşaraq açıqlama verib. Sevda bu iddiaların əsassız olduğunu qeyd edib:
"Borclu qalmaq" fikrini öz dilimdən eşitmədim. Hər şey istədiyimizdən artıq oldu".
Xatırladaq ki, Sevda Yahyayeva həkim Zakir Bayramovla ailə həyatı qurub.