16 il əvvəl musiqi bazarından kino sahəsinə qədəm qoyan Mahsun Kırmızıgül pərəstişkarlarının təkidindən sonra albom çıxarmağa qərar verib.
XəzərXəbər xəbər verir ki, sənətçinin albomunun təqdimat mərasimi Yeni il gecəsi “Show TV”də olacaq. Bildirilib ki, Kırmızıgül kanalla 5 milyon lirəyə müqavilə imzalayıb.
16 ildir bütün diqqətini kino sektoruna yönəldən məşhur müğənni albom işini yekunlaşdırıb. Kırmızıgül xəbəri Tvitter hesabından açıqlayıb: “Əziz dostlar, 2 ilə yaxındır üzərində işlədiyimiz albomun sonuna gəldik. Cümə axşamı yeni albomun nə vaxt çıxacağını, neçə mahnının yer aldığını və albomun adını açıqlayacağıq”.