İki il əvvəl idman zalında yıxılaraq başından zədə alan və uzun müddətdir komada olan aparıcının vəziyyətinin yaxşılaşdığı deyilir.
Xatırladaq ki, bu yaxınlarda Beşiktaş Bələdiyyə sədri Murat Hazinedarın "Twitter” hesabından Kənan İşıkın öldüyü xəbəri yazılmışdı.
Aparıcının ailəsinin bu xəbərə etirazından sonra bələdiyyə sədri açıqlama verərək, statusun köməkçisi tərəfindən yazıldığını və onu cəzalandıracağını bildirmişdi.