Bir-birlərini heyvan sevgisi üstündə mühakimə edən tanınmışların davası bitmək bilmir. Restorandan çıxarkən paparassilərin hədəfində olan B.Ərsoy Ö.Gediki izləməsi üçün dedektiv tutduğunu deyib:
"Ötən həftədən xəz mövzusu danışılır. 20 min lirə (təxminən 10 min manat) verib o xanım üçün (Ömür Gedik –red.) dedektiv tutmuşam. O da bundan sonra ət, balıq yeməyəcək, dəri ayaqqabı geyinməyəcək. "Bülənt Ərsoy” deyəndə yarım saat düşünməlisiniz. Heyvanları hamıdan çox mən sevirəm, qayğılarına qalıram!”.
Xatırladaq ki, B.Ərsoyun "Heç vaxt saxta kürk geyinmərəm. Xəzlərim həmişə təbii olub” açıqlaması Ö.Gediki əsəbiləşdirib, onu heyvan haqlarını pozmaqda ittiham etmişdi.