Türkiyənin məşhur "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının yayımı dayandırılır.
XəzərXəbər Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, serial reytinq qazana bilmədiyi üçün 26 bölümlə yekunlaşmalı olacaq.
Seriala reytinq gətirmək üçün məşhur aktrisa Beren Saat çəkilişlərə cəlb olunsa da, gözlənilən nəticə əldə olunmayıb.
Osmanlı tarixinin əks olunduğu serialın final bölümü mayın 12-də yayımlanacaq.
Qeyd edək ki, adıçəkilən serial Azərbaycanda da maraqla izlənilirdi. Serialın yayımının dayandırılması tamaşaçıların narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir.