D.Çakır münasibətlərini İnstagramda O.Kaynarca ilə qucaqlaşan yerdə fotosunu paylaşmaqla təsdiqləyib. Ankarada baş verən terrordan təsirlənən aktrisa sevdiklərinizə sarılın yazıb:
"Qolumuz, qanadımız qırıq... Ruhumuz yoxa çıxıb sanki.. Dadımız yox, əskikik. Həyat da davam, filan etmir. Bu qədər əskiklə həyat əvvəlki kimi davam edə bilməz. Amma işimizə, sevdiklərimizə sarılmaq zamanıdır. Tənha olmamağa, sevməyə, yaxşı insan olmaqdan vaz keçməməyə davam etmək zamanıdır. İnanc çox qüvvətli hissdir. Yaxşı şeylərə inanan yaxşı insanların gücü çox böyükdür... İnanc və sevgiylə".
Qeyd edək ki, cütlük münasibətlərini mediadan gizlətməyə çalışırdı.