Məşhur avstraliyalı müğənni Kayli Minouq Böyük Britaniyanın şahzadəsi Endryu ilə gizli-gizli görüşürmüş.
Daily Mail qəzeti xəbər verir ki, bu ilin fevralında 48 yaşlı müğənni 29 yaşlı sevgilisi aktyor Coşua Sassdan ayrılıb. Hazırda isə 57 yaşlı şahzadə ilə görüşür.
Hələlik müğənni və şahzadə gün üzünə çıxan sevgi xəbərlərinə münasibət açıqlamayıblar.
Qeyd edək ki, şahzadə 1986-1996-cı illərdə evli olub. Bu nikahdan iki qızı var./publika.az