Xəzər Xəbər

Beyninə qan sızan İbrahim Erkalın vəziyyəti kritikdir — Həkimlərdən açıqlama

Şou Biznes | 16:15 • 13 Aprel 2017
Beyninə qan sızan İbrahim Erkalın vəziyyəti kritikdir

Dünən məşhur müğənni İbrahim Erkal Maltəpə səmtindəki evinin qarajında huşsuz vəziyyətdə tapılıb.

Xəstəxanaya yerləşdirilən sənətçinin vəziyyəti kritikdir.

Bildirilir ki, beyin qansızması keçirən İbrahim Erkal əməliyyat edilib. Əməliyyatdan sonra xəstəxana tərəfindən açıqlama verilib. Açıqlamaya əsasən əməliyyat nəticəsində qanayan sahə təmizlənib. Yeni bir qanama yoxdur, müalicə davam etsə də, beyin şişinin böyüdüyü bildirilir. Xəstənin həyat təhlükəsi davam edir. Həkimlər İbrahim Erkalın 1 % həyata dönmə şansının olduğunu etiraf ediblər. Xəstənin yaxınları və qohumlarını hər şeyə hazır olmağa səsləyiblər.

Qeyd edək ki, yüksək təzyiqdən əziyyət çəkən İbrahim Erkal beyninə qan sızıb./olke.az


Xəbər lenti

Çox oxunanlar