Ərəb ölkələrində çox sevilən Bergüzar Korel indi də milyonlarla tamaşaçısı olan Hind kino sənayesinə qatılacaq.
"Tamil” film sənayesi Bergüzar Koreli baş rolda çəkilməyə dəvət edib. Ərəb ölkələrində çox sevilən aktrisa Kollivudun ən məşhur ulduzu Nikeş Ram ilə kamera qarşısına keçəcək. "Deccan Chronicle” qəzetinin xəbərinə görə, filmin böyük hissəsi Dubayda, bəzi səhnələri isə Burc Xəlifə qülləsində çəkiləcək.
Kollivudun məşhur rejissoru Frensis Markus filmdə baş rolda Bergüzar Koreli çəkilməyə dəvət etməsini belə izah edib:
"Ssenariyə görə iş tapmaq üçün Dubaya gedən qəhrəmanımız burada Tamil mədəniyyətinə maraq göstərən bir ərəb qadına aşiq olur. Bu rola uyğun bir qadın axtarışında idik. Həmin vaxt Bergüzar Korelin ərəblərin sorğusunda 1-ci seçildiyi xəbərini oxuduq. Bizim üçün mükəmməl seçim olacağını düşündük"./publika.az