Xəzər Xəbər

Milyarder sevgilisini əlindən alan Hadisəyə QƏZƏBLƏNDİ

Şou Biznes | 13:42 • 12 Aprel 2017
Milyarder sevgilisini əlindən alan

Türkiyəli milyarder oğlu Hakan Sabancının keçmiş sevgilisi Hadisə ilə bağlı verilən suallara qəzəblənib.

Milyarderin keçmiş sevgilisi yürüşə çıxan zaman paparatsilərin kameralarına tuş gəlib. Alkoçlar Alaçatı tətilində kökəldiyi üçün 6 kilometr dumandan yeridiyini bildirib.

Dəb ilə bağlı bir layihə üzərində çalışdığını da açıqlayan Alkoçlar "Özgür Masur kimi görkəmli stilistlərlə məsləhətləşirəm. Jasmin Özilhanın tərzini çox bəyənirəm”, - deyə bildirib.

Müxbirlərin keçmiş sevgilisi Hakan Sabancı ilə adı hallanan Hadisə haqqında sualları isə Alkoçları qəzəbləndirib: "Polemika aparmaq istəmirəm. Türk müğənnilərin tərzlərini elə də bəyənmirəm. Marka olan paltarın loqolarını gözə soxurlar”.

Aslışah Alkoçlar Kaan Boynerlə sevgili olması iddialarını da təkzib edib: "Kaan çox yaxın dostumdur və sevgilisi var. Həqiqətən həyatımda biri olsa, gizlətmərəm. Əl-ələ çıxıram”./publika.az

Xəbər lenti

Çox oxunanlar