Xəzər Xəbər

Beyninə qan sızan meyxanaçıya həkimdən QADAĞA!

Şou Biznes | 12:59 • 12 Aprel 2017
Beyninə qan sızan meyxanaçıya həkimdən

Bir neçə gün öncə insult keçirən meyxanaçı Ağakərimdən xəbər var.

XəzərXəbər xəbər verir ki, meyxanaçının həkimi Ramilə Qəhrəmanova 10 gündür xəstəxanada olan Ağakərimin evə buraxıldığını bildirib.

"Artıq insultun kəskin dövrü keçib. Müalicə evdə davam edəcək. Hazırda aktivdir, ayaqqüstədir. Adi xəstə kimi kontrol müayinələrə gələcək. Xəstəxanaya gətirlərkən hərəkətləri tam, huşu bir az pozulmuşdu. Hazırda huşu da yerinə qayıdıb, nitqi də yaxşıdır. Bu xəstəlik hər kəsdə belə olmur. Kərim bəyin iflici qalmayıb" -, deyə həkim bildirib.
R.Qəhrəmanova onu da bildirib ki, şəkərli diabetə uyğun dieta saxlamalıdır. Siqaretdən və içkidən uzaq olmalıdır. Bununla yanaşı dərmanları içməlidir ki, bir daha bu vəziyyət təkrarlanmasın.

Onu da deyim ki, işindən asılı olmayaraq, insult keçirən adamlar iki ay özünü gözləməlidir. Kərim bəy ev şəraitində müalicə olunduqdan sonra səhhəti imkan versə, sənətini davam edə bilər". (teleqraf)

Xəbər lenti

Çox oxunanlar