Neslihan Atagülün reklam çəkilişindən aldığı pul dodaq uçuqladıb.
Neslihan Atagül reklam ulduzu olub. O, hazırda qardaş ölkədə ən çox reklam təklifi alan məşhurdur. Keçən il məşhur şampun markasının siması olan Atagül bu yaxınlarda "Puma” idman geyim şirkətinin reklamında çəkilib.
Şampun reklamından 1 milyon TL (təxminin 500 min manat) qazanan Atagül son layihəsindən də yüksək məbləğ əldə edib. "Habertürk”ün verdiyi məlumata görə, o, ikinci reklam müqaviləsini 1, 2 milyon TL (550 min manat) imzayalıb.
"Kara Sevda" serialında Nihan obrazını canlandıran aktrisanın həftəlik qonorarı isə 40 min lirədən (təxminən 20 min manat) çox olduğu deyilir./Publika.az